Lord Şeyx: "Böyük Britaniya Azərbaycanı ədalətli mübarizəsində qətiyyətlə dəstəkləyir"

Lord Şeyx: "Böyük Britaniya Azərbaycanı ədalətli mübarizəsində qətiyyətlə dəstəkləyir"
# 08 noyabr 2021 15:28 (UTC +04:00)

Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Şeyx Azərbaycan xalqını təbrik edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Lord Şeyx tərəfindən daxil olan məktubda o, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə təbriklərini çatdırıb.

Lord Şeyx Böyük Britaniya və Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin inkişafından danışaraq, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. Əlaqələrimizin hər iki ölkə üçün strateji baxımdan faydalı olduğunu deyib.

Böyük Britaniya Lordlar Palatasının üzvü digər parlamentarilərlə birgə Azərbaycanı ədalətli mübarizəsində qətiyyətlə dəstəklədiklərini vurğulayıb. O deyib: “Bu, xüsusilə Dağlıq Qarabağda baş vermiş son münaqişəyə aiddir. Bu zaman ölkəniz haqlı olaraq sizə məxsus olanı geri qaytarmaq üçün hərəkətə keçdi”.

Daha sonra Lord Şeyx Azərbaycanın uğurla inkişaf etdiyini söyləyərək, ölkəmizin regionda stabilliyin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, ölkədə xalqın rifahı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Məktubda ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR