Mariya Peyçinoviç-Buriç: "Avropa Şurası Azərbaycan və Ermənistan arasında uzun müddətli sülhün tapılmasında maraqlıdır"

Mariya Peyçinoviç-Buriç

© APA | Mariya Peyçinoviç-Buriç

# 22 iyun 2021 19:16 (UTC +04:00)

"Avropa Şurası Azərbaycan və Ermənistan arasında uzun müddətli, davamlı sülhün həll yollarının tapılmasında maraqlıdır".

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yay sessiyası zamanı çıxışında deyib.

O, qeyd edib ki, müharibənin nəticələri hər zaman ağır olur və yaraların sağalması, yenidən etimadın yaranması üçün vaxt lazımdır.

"Biz Minsk qrupunun işlərini dəstəkləyirik. İki tərəf arasındakı sülhdən dərhal sonra da bizim nümayəndələrimiz, həm Bakını, həm də İrəvanı ziyarət etdi. Postkonflikt mühiti olduqca çətin mühitdir və Avropa Şurası olaraq edə biləcəyimiz iş konfliktdən zərər görmüş yerlərdə etimadın qurulması tədbirlərinin görülməsidir",- deyə baş katib qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR