Marşal Alistair Harrison Tahir Tağızadə ilə görüşüb 

Marşal Alistair Harrison Tahir Tağızadə ilə görüşüb 

© APA | Alistair Harrison və Tahir Tağızadə

# 31 iyul 2021 12:27 (UTC +04:00)

Britaniya kraliçasının diplomatik korpusunun marşalı Alistair Harrison, Azərbaycanın Britaniyadakı səfiri vəzifəsindən geri çağırılaraq Macarıstana təyin olunan səfiri Tahir Tağızadə ilə görüşüb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Alistair Harrison Britaniya kraliçası II Elizabet adından səfir Tahir Tağızadəyə vida edib, səfirə Kraliçanın imzalı şəklini təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı əsasında Tahir Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Onun yerinə isə Azərbaycanın hazırda ABŞ-dakı səfiri Elin Süleymanov təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR