Mehriban Əliyeva Türkiyədə baş verən yanğınlarla bağlı paylaşım edib - VİDEO - YENİLƏNİB

Mehriban Əliyeva Türkiyədə baş verən yanğınlarla bağlı paylaşım edib - VİDEO  - YENİLƏNİB
# 30 iyul 2021 15:13 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş verən yanğınlarla bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir:

"Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR