Milli Məclis sədri: "İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir"

Milli Məclis sədri Sahibə Qafarova

© APA | Milli Məclis sədri Sahibə Qafarova

# 27 iyul 2021 15:21 (UTC +04:00)

“2020-ci il Azərbaycan tarixinə Şanlı Zəfər ili kimi daxil olub. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tairixi qələbə qazanıb, torpaqlarını işğaldan azad edib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclis sədri Sahibə Qafarova bildirib.

Milli Məclis sədri deyib ki, İkinci Qarabağ savaşında Türkiyə və Pakistan Azərbaycana dəstək verib: “Türkiyə və Pakistan işğalçı Ermənistanla diplomatik əlaqələr də qurmayıb. Biz buna görə qardaş Türkiyə və Pakistana minnətdarıq. Biz də beynəlxalq platformalarda bu qardaş ölkələri dəstəkləmişik”.

Sahibə Qafarova nəzərə çatdırıb ki, beynəlxalq münasibətlərdə ikili stantadrtlar hələ də qalmaqdadır: “İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir. İnanıram ki, bu gün əsasını qoyduğumuz üçtərlfi format qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək. Parlamentlər arasında sıx əməkdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq, beynəlxalq təşkitalar çərçivəsində qarşılıqlı maraqlarımızı müdafiə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR