Milli Məclisin deputatları Moldova və Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Moldova və Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər
# 07 iyul 2021 18:19 (UTC +04:00)

Milli Məclisin bir qrup deputatı Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Kişinyov şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, millət vəkilləri Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə komitəsinin, Jalə Əliyeva MDB Parlamentlərarası Assambleyasının xətti ilə, Elnur Allahverdiyev GUAM Parlament Assambleyasının missiyasında, Elşad Mirbəşir oğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi tərəfindən prosesə qatılacaqlar.

Milli Məclisin deputatı Rauf Əliyev isə Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcək.

Deputatlar bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların fəallığını izləyəcəklər.

Deputatların səfərləri iyulun 13-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR