MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

TÜRKPA Şurasının iclası

© APA | TÜRKPA Şurasının iclası

# 28 sentyabr 2021 15:10 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 28-də TÜRKPA-nın Qazaxıstanın Türkürstan şəhərində keçirilən 10-cu plenar iclasında çıxışı zamanı, Zəngəzur dəhlizinin inşasının strateji əhəmiyyətini vurğulayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker deyib ki, ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi Zəfər Azərbaycan torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyaraq, regionda yeni geosiyasi reallıq yaradıb.
Onun sözlərinə görə, bu böyük Qələbənin önəmli nəticələrindən biri də türkdilli ölkələr arasında birbaşa əlaqə yaradacaq Zəngəzur dəhlizinin inşası üçün tarixi bir imkan yaranmasıdır: “İndiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji - nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR