MN: Bu gün Laçında tutulan erməni hərbçi Ermənistana verilib - VİDEO - YENİLƏNİB

MN: Bu gün Laçında tutulan erməni hərbçi Ermənistana verilib - VİDEO  - YENİLƏNİB
# 09 iyun 2021 00:09 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

22:51

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, Artur Kartanyanın yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib.

A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR