Moldovada Respublika Günü münasibətilə Azərbaycan guşəsinin açılışı olub - FOTO

Moldovada Respublika Günü münasibətilə Azərbaycan guşəsinin açılışı olub - FOTO
# 28 may 2021 23:38 (UTC +04:00)

Mayın 28-də Azərbaycanın Moldovadakı səfirliyində Respublika Günü münasibətilə Azərbaycan guşəsinin açılışı olub.

Azərbaycanın Moldovadakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan və Moldova Respublikalarının dövlət himnləri ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən Azərbaycanın Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Açılış mərasimində dövlət rəsmiləri,səfirlər,diaspor nümayəndələri,tələbələr və jurnalistlər iştirak ediblər. Səfirliyin qarşısında Ulu Öndər Heydər Əliyevin yeni quraşdırılan büst-heykəli qonaqlara təqdim olunub. Büst-heykəlin rəsmi, təntənəli açılıı isə gələcək üçün planlaşdırılır.

Bununla yanaşı, tədbirdə Ümumilli Liderin sözlərindən ibarət xatirə lövhəsinin açılışı baş tutub. Qonaqlar xatirə lövhəsinin qarşısına çiçəklər qoyublar, Ulu Öndərin ruhunu böyük ehtiramla yad ediblər.

Daha sonra Azərbaycanın 44 günlük Vətən Müharibəsi şəhidlərinin adını daşıyan bulağ istifadəyə verilib. Tədbir iştirakçıları, həmçinin, müasir Azərbaycanın inkişafını təsvir edən foto sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR