Moskvada Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək

Moskvada Üçtərəfli İşçi Qrupun  iclası keçiriləcək
# 01 dekabr 2021 16:05 (UTC +04:00)

“Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək”.

APA xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

İşçi Qrupun görüşü barədə razılıq noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə əldə olunub.

Görüşdə regional dəmir yolu və avtomobil kommunikasiyalarının açılması müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR