Moskvada Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan fotosərgi açılıb

Moskvada Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan fotosərgi açılıb
# 09 noyabr 2021 17:35 (UTC +04:00)

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində (VDNX) yerləşən "Azərbaycan" pavilyonunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş fotosərgi açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İkinci Qarabağ müharibəsi və Azərbaycan bayrağı haqqında məlumatların yer aldığı sərgidə Zəfər Gününə həsr olunmuş fotolar nümayiş olunub. Pavilyonun direktor Səadət Kadırova sərginin keçirilməsində əsas məqsədin rusiyalılara Azərbaycan, İkinci Qarabağ müharibəsində qazanılan qələbə haqqında daha ətraflı məlumat vermək və həqiqətləri göstərmək olduğunu deyib: “Sözsüz ki, Azərbaycanın Qarabağı işğaldan azad etməsi həm hərbi, həm də diplomatik-siyasi qələbədir. Bu qələbəni Azərbaycanın prezidenti, Ali Baş Komandan İlham Əliyev qazandı. Biz onun müharibənin gedişatı dövründə xarici mediaya verdiyi müsahibələri yaxşı xatırlayırıq. Həmin müsahibələr federal kanallarda Azərbaycanla bağlı bütün yalanları alt üst etdi. Heç kimə sirr deyil ki, Rusiyada, xüsusən də dövlət mediasında, o cümlədən federal kanallarda erməni lobbisi güclüdür. Bu qələbə ermənilərin məğlubedilməzliyi, intellektuallığı, onların strateji potensiallarının olması haqında olan mifləri dağıtmış oldu. Hər şeydən öncə, bu qələbə ermənilərin guya haqlı olduğu haqqında mifi alt üst etdi".

Qeyd edək ki, sərgi noyabrın 29-na kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR