Mövlud Çavuşoğlu Vətən müharibəsinin ildönümü münasibətilə paylaşım edib

Mövlud Çavuşoğlunun paylaşımı

© APA | Mövlud Çavuşoğlunun paylaşımı

# 27 sentyabr 2021 19:16 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vətən müharibəsinin ildönümü ilə bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, Türkiyə XİN başçısı bununla bağlı "Twitter" hesabında paylaşıb.

"Can Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ilk addımı bir il əvvəl bu gün atıldı! Qarabağı Azərbaycana qovuşduran igid qardaşlarımıza salam olsun!

Qəhrəman azərbaycanlı şəhidlərimizi rəhmət və hörmətlə anıram", - deyə M.Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR