Mustafa Şentop Azərbaycan Parlamentinin sədrinə təbrik məktubu göndərib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

© APA | Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

# 29 may 2021 00:05 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan Parlamentinin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə TBMM sədri özünün “Twitter” hesabında yazıb.

M.Şentop 28 May - Azərbaycan Respublikasının yaranmasının 103-cü ili münasibətilə S.Qafarovaya göndərdiyi təbrik məktubunda “Dost və qardaş Azərbaycan xalqını şəxsim və millətim adına ən səmimi duyğularla təbrik edirəm. Azərbaycanın Respublika günü mübarək!” deyə yazdığını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR