Mustafa Şentop azərbaycanlı deputatlara təşəkkür edib - FOTO

Mustafa Şentop azərbaycanlı deputatlara təşəkkür edib - FOTO
# 15 iyul 2021 17:07 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, M. Şentop azərbaycanlı deputatlarla birgə Türkiyə parlamentində 15 iyul – dövlət çevrilişinə cəhdin beşinci ildönümünə həsr olunmuş fotosərgini ziyarət ediblər.

TBMM sədri 15 iyul – dövlət çevrilişinə cəhdin beşinci ildönümü ilə bağlı keçirilən silsilə tədbirlərdə iştirak etdiklərinə görə Azərbaycan parlamentinin nümayəndə heyətinə təşəkkürünü bildirib.

TBMM sədri azərbaycanlı parlamentarilərlə xatirə şəkli çəkdirib.

Bu gün Türkiyə parlamentində dövlət çevrilişinə cəhddən bəhs edən qısametrajlı sənədli film də nümayiş edilib.

Qeyd edək ki, TBMM-in Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Ankarada səfərdədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR