Mustafa Şentop: “Ölkələrimiz və bölgəmizə təhdidləri dəf etmədən inkişaf mümkün deyil”

TBMM sədri Mustafa Şentop

© APA | TBMM sədri Mustafa Şentop

# 27 iyul 2021 15:38 (UTC +04:00)

“Xalqlarımızın səadəti və kədərinin bir olduğunun fərqindəyik”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.

TBMM sədri deyib ki, üç qardaş ölkənin parlament sədrləri olaraq ilk dəfə Bakıda üçtərəlfi formatda görüş keçirilir: “Azərbaycan Prezident İlham Əliyevin komandanlığı ilə Zəfər qazanıb, bayraqlarımız yan-yana yer alıb. Şəhidlərə rəhmət diləyirəm”.

M.Şentop qeyd edib ki, ölkələrimiz və bölgəmizə təhdidləri dəf etmədən inkişaf mümkün deyil: “Müdafiə, nəqliyyat, ticarət, enerji, təhsil sahəsində fəaliyyət üçlü əməkdaşlığın təməl daşları olduğunu düşünürük. Şuşa Bəyannaməsini bu yolda atılmış və bünövrə sayılacaq addım sayırıq. Bu gün Bakı Bəyannaməsini imzalayacağıq. Bakı Bəyannaməsində bəyan etdiyimiz məqsədləri həyata keçirmək üçün parlamentlərimizdə müvafiq strukturlar formalaşdıracağımıza inanıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR