Mustafa Şentop: “Parlamentlər səviyyəsində sistemli olaraq islamafobiyaya qarşı mübarizə aparacağıq”

Mustafa Şentop, Türkiyə Böyük Millət Məclisinin sədri

© APA | Mustafa Şentop, Türkiyə Böyük Millət Məclisinin sədri

# 28 iyul 2021 09:33 (UTC +04:00)

“Bakı Bəyannaməsi ilk növbədə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığı inkiqaf etdirməyi nəzərdə tutur".


APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, beynəlxalq plaftormalarda üç ölkənin birlikdə hərəkət etməsi də Bəyannamədə nəzərdə tutulur: “İndiyə qədər də birgə hərəkət etmişik, sadəcə, bunu bir də strukturlaşdırırıq. İndiyə qədər də Azərbaycan millət vəkillərinin olmadığı byenəlxalq platformalarda Türkiyə millət vəkilləri Azərbaycanın maraqlarını müdafiə ediblər. Eyni mövqedən Azərbaycan millət vəkilləri də çıxış ediblər. İslamafobiya ilə birgə mübarizə də nəzərdə tutulur. Beləliklə, parlamentlər səviyyəsində sistemli olaraq islamafobiyaya qarşı mübarizə aparacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR