NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi fəaliyyətə başlayıb

Havyer Kolomina

© APA | Havyer Kolomina

# 02 sentyabr 2021 12:12 (UTC +04:00)

NATO Baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini və Baş katibin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni xüsusi nümayəndəsi təyin olunub.

APA-nın xəbərinə görə, bu posta ispaniyalı diplomat Havyer Kolomina təyinat alıb.

İspaniyanın NATO-dakı nümayəndəliyi H. Kolominanın artıq vəzifəsinin icrasına başladığı barədə məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl bu postda Ceyms Appaturay çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR