NATO-nun “Baltik əməliyyatları” hərbi təlimləri başlayıb

"Baltops" hərbi təlimləri

© APA | "Baltops" hərbi təlimləri

# 07 iyun 2021 10:19 (UTC +04:00)

NATO-nun Baltik dənizində sayca 50-ci “Baltik əməliyyatları” (BALTOPS) hərbi təlimləri start götürüb.

APA-nın xəbərinə görə bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin “Twitter” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Danimarka sahilllərində başlayan hərbi təlimlərdə 16 üzv və 2 tərəfdaş ölkədən ümumilikdə 4 min hərbçi iştirak edir.

Təlimlərə 40 döyüş gəmisi və 60 aviasiya vasitəsinin cəlb edildiyi qeyd olunub. Təlim proqramına ilk dəfə olaraq kiber hücumlarla əlaqəli müdafiə taktikalarının inkişaf etdirilməsi də daxil edilib.


İyunun 18-dək davam edəcək təlimlərin müxtəlif bölgələrdə keçiriləcəyi, quruya çıxarılmanın Litvada baş tutacağı bildirilib.

Qeyd edək ki, Baltik regiondunda NATO təlimləri 1972-ci ildən etibarən hər il müntəzəm olaraq keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR