NATO-nun xüsusi nümayəndəsi: “Gürcüstan Ermənistan-Azərbaycan əlaqələrində vacib rol oynayır” 

Xavyer Kolomina

© APA | Xavyer Kolomina

# 19 oktyabr 2021 20:18 (UTC +04:00)

“Gürcüstan Azərbaycan-Ermənistan əlaqələrində çox vacib və aktiv rol oynayır”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşdən sonra deyib.

Bildirib ki, görüş zamanı regional təhlükəsizlik məsələləri müzakirə edilib.

“Mən dünən Azərbaycanda idim və sabah Yeravana yola düşəcəyəm. Müzakirə ediləsi bir çox məsələlər var. Mən Cənubi Qafqazın üç ölkəsi arasında siyasi konsultasiyaların aparılması təşəbbüsünə görə nazirə təşəkkür etdim. Gürcüstan Azərbaycan-Ermənistan əlaqələrində çox vacib və aktiv rol oynayır”, deyə X.Kolomina bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR