Nazir Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bir daha bəyan edib

Nazir Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bir daha bəyan edib
# 07 sentyabr 2021 13:29 (UTC +04:00)

Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O, Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.

XİN başçısı bu mövqenin Azərbaycanın dövlət başçısı tərəfindən səsləndirildiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR