Nazir: “Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasının alternativi yoxdur”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 16:30 (UTC +04:00)

“Ermənistanın öz inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasının alternativi yoxdur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, kommunikasiya xətlərinin açılması halında Azərbaycan Ermənistan üzərindən Naxçıvan MR və daha sonra Türkiyə ilə daha qısa alternativ yol əldə edir: “Hesab edirəm ki, bu, həm ölkələrimizin daha da sıx birləşməsi, həm də ölkələrin iqtisadiyyatı üçün yaxşıdır. Eyni zamanda bu və ya digər inteqrasiya layihələrinin Cənubi Qafqazda həyata keçirilməsi bütün bölgə ölkələri, o cümlədən Ermənistan üçün böyük üstünlük, imkandır. Hesab edirik ki, Ermənistan bunu nə qədər tez anlayarsa, onun üçün bir o qədər yaxşı olar. Biz bunu deyirik. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı əsasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Düşünürük ki, Cənubi Qafqaz və daha geniş coğrafiyada gələcək illərdə yeni layihələrin reallaşmasının şahidi olacağıq”.

Firuzə Vahid

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR