Nazir müavini: “Biz toqquşmalara yox, sivilizasiyaların əməkdaşlığına inanırıq”

Elnur Məmmədov

© APA | Elnur Məmmədov

# 02 dekabr 2021 16:18 (UTC +04:00)

“Sivilizasiyaların toqquşması” kitabının müəllifi Samuel Hantinqton düşünürdü ki, gələcək müharibələr ölkələr arasında deyil, mədəniyyətlər arasında olacaq.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

Nazir müavini bildirib ki, əksər müharibələr dinlər, ideologiyalar ətrafında baş verir: “Biz fərqli mədəniyyətlərdən gəlirik. Dayanıqlı sülhün necə formalaşmasına aydınlıq gətirməliyik. Son 30 ildə Ermənistanla uğursuz danışıqlar aparılıb. Digər tərəflərlə qarşılıqlı ünsiyyət çox önəmlidir. Çox məşhur ifadə var: Biz anlamaq üçün dinləmirik, biz cavab vermək üçün dinləyirik. Əsas problemimiz budur. Yenə də deyirəm ki, Azərbaycan unikal coğrafiyada yerləşir. Mürəkkəb geosiyasi reallıqlardan başqa Azərbaycanda uzun illərdir sülh şəraitində yaşayan icmalar var”.

E. Məmmədov qeyd edib ki, "Bakı Prosesi" BMT-nin Baş katibi tərəfindən yüksək qiymətləndirilib: “13 ildir "Bakı Prosesi" çərçivəsində çox sayda tədbirlərə ev sahibliyi etmişik. Qlobal Bakı Forumu da 1 ay əvvəl keçirilib. Biz özümüzün mədəni kimliyimizi dünyaya nümayiş etdiririk. Bu bizə münaqişələrin qarşısını almağa kömək edəcək”.

O vurğulayıb ki, sülh bütün mədəniyyətlərin irəli getməsi üçün əsas şərtdir: “Bu, imtiyaz deyil, hüquqdur, haqdır. Biz insanların təfəkkürünü dəyişib, insanların düşüncəsinə sirayət etməliyik. Biz toqquşmalara deyil, sivilizasiyaların əməkdaşlığına inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR