Nazir müavini: “Ermənistanda azərbaycanlılara qarşı nifrət nitqi aşılayanlara mükafatlar verilir”

Elnur Məmmədov

© APA | Elnur Məmmədov

# 08 dekabr 2021 11:23 (UTC +04:00)

“Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistanın vəsatətinə Azərbaycan sırf hüquqi prizmadan yanaşıb və beynəlxalq məhkəmədən bununla bağlı birdəfəlik qərar qəbul etməsini gözləyib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın builki mərhələdə daha bir uğuru Ermənistanda Azərbaycana qarşı nifrət nitqi aşılayan şəxslərlə bağlı idi: “Bu insanlar Ermənistanda məsuliyyətə cəlb edilmir. Ermənistanda sosial mediada Azərbaycan və türkləri düşmən kimi görən, torpaqların geri alınması ilə bağlı təşviqat aparan və s. işlərlə məşğul olan şəxslərə bir sıra qurumlar, o cümlədən Ermənistan MN tərəfindən mükafatlar verilir. Bu kimi bütün faktlarla bağlı da Azərbaycan beynəlxalq məhkəmədə vəsatət qaldırıb. Nəticədə məhkəmə bu faktları araşdıraraq bütün bunların qarşısını alması ilə bağlı Ermənistanın qarşısında öhdəlik qoyub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR