Nazir Rusiya və Ermənistan XİN başçıları ilə görüşdə sərhədlərin delimitasiyasına dair danışıqlara başlamağın əhəmiyyətini vurğulayıb

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 14 oktyabr 2021 18:31 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyanla görüşdə rəsmi Bakının beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğunu ifadə edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazir bu xüsusda Azərbaycanın Ermənistanla sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmçinin, regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR