Nazir: “Sülhün əldə olunmasının ən önəmli şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 17 noyabr 2021 13:03 (UTC +04:00)

“Üçtərəfli bəyanatda yer alan bir çox maddənin icra olunmasına baxmayaraq, bir neçə məsələ öz həllini gözləyir. Amma biz həllini gözləyən problemlərə də pozitiv və konstruktiv yanaşırıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır: “Azərbaycan Prezidenti də iki ölkə arasında sülh və münasibətlərin normallaşmasına dair açıqlamalar verib”.

C. Bayramovun sözlərinə görə, sülhün əldə olunmasının ən önəmli şərti beynəlxalq hüquqa uyğun şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.

XİN rəhbəri üçtərəfli bəyanata əsasən, nəqliyyat dəhlizləri ilə bağlı müzakirələrin davam etdiyini vurğulayıb: “Bu məsələdə hələlik konkret bir proses yoxdur. Ümid edirik ki, Ermənistan tərəfi də bunu ən qısa müddətdə başa düşəcək. Ortaq bəyanata imza atan Ermənistan bu maddələri icra etməkdə məsuliyyətlidir. Bu bəyanat sadəcə Azərbaycanla Ermənistanı maraqlandıran bir məsələ deyil. Bütün bölgə ölkələrini maraqlandıran və onların maraqlarına uyğun bir prosesdir. Biz bu məsələdə arxayınıq. Münasibətlərin inkişafı, normallaşması Ermənistan hökumətinin, Ermənistan xalqının xeyrinədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR