Nazir: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini daha üst səviyyəyə qaldıracaq”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 22 iyun 2021 17:53 (UTC +04:00)

“İki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRT “World”ə müsahibəsində deyib.

Nazir bildirib ki, iki ölkə arasında bütün sahələrdə geniş əməkdaşlıq mövcuddur.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri daha üst səviyyəyə qaldıracaq, müxtəlif sahələrdə əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə imkanlar açacaq.

XİN başçısı qeyd edib ki, Şuşa Bəyannaməsinə görə, tərəflərdən birinin suverenliyinə və ərazi bütövlüyünə təhlükə olarsa, tərəflər BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə dəstək verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR