NTV-nin baş prodüsseri: “Moskva-Füzuli aviareysinin açılmasını və bu reysin ilk sərnişini olmaq istəyirəm” 

Timur Vaynşteyn

© APA | Timur Vaynşteyn

# 09 noyabr 2021 10:36 (UTC +04:00)

“Bu gün inanılmaz gün və möhtəşəm tarixdir. Bu tarix hər zaman bizim qəlbimizdə qalacaq. Ona görə ki, bir il bundan öncə baş verənləri biz hamımız uzun onilliklər arzulamışıq”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın Rusiyadakı səfirliyində 8 Noyabr-Zəfər Günü ilə əlaqədar tədbirdə iştirak edən Rusiyanın NTV kanalının baş prodüsseri Timur Vaynşteyn bildirib.

O. Qarabağa getmək istədiyini bildirib: “Bu gün mən tədbirdə bir uzaq qohumum ilə danışırdım. O, Füzulinin Düdükçü kəndindən olan nənəm Tovuz xanımın qohumudur. Bugünkü tarixlə bağlı hisslərimizi bölüşürdük. Dedim ki, mən, Moskva-Füzuli aviareysinin açılmasını gözləyirəm. Moskva-Füzuli aviareysinin ilk sərnişini olmaq istəyirəm. Qarabağa getmək və o torpaqlarda olmaq istəyirəm. Ona görə ki, bizim böyüklərimiz həyatdan köçdülər, təəssüflər olsun ki, onlar bu günü görə bilmədilər. Mənə elə gəlir ki, bizim vasitəmizlə həyatdan köçən böyüklərimiz doğma torpaqlara qayıdış hissini, sevincini və xoşbəxtliyini duya biləcəklər. Ona görə də hər kəsi Qələbə münasibəti ilə ürəkdən təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR