Nuri Ərsoy: "2018-ci ildə "Daşlı Təpələr"də aşkarlanan arxeoloji qazıntılar  tarixi məlumatları yeniləyib"  - FOTO

Nuri Ərsoy: "2018-ci ildə "Daşlı Təpələr"də aşkarlanan arxeoloji qazıntılar  tarixi məlumatları yeniləyib"  - FOTO
# 24 sentyabr 2021 02:10 (UTC +04:00)

"2018-ci ildə "Daşlı Təpələr"də aşkarlanan arxeoloji qazıntılar tarixi məlumatları yeniləyib".

APA-nın məlumatına bunu, bu gün Türkiyənin Şanlıurfa şəhərində "Daş Təpələr” adlı təqdimat mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Nuri Ərsoy bildirib.

Onun sözlərinə görə, Şanlıurfa Neolit dövrü araşdırmaları layihəsi çərçivəsində daha 12 qazıntı işləri aparılacaq:

"Layihə çərçivəsində qədim yaşayış məskənlərinə aid olan arxeoloji qazıntılar aşkarlanıb. Hələ də Şanlıurfanın yeddi ərazisində arxeoloji qazıntılar davam etdirilir. Gələcəkdə 20-dən çox qazıntı işlərinin aparılması nəzərdə tutulur. Layihənin 2021-2024-cü illərini əhatə edən ilk mərhələsində daha beş ərazisində qazantı işləri aparılacaq".

Nazir qeyd edib ki, gələn il keçiriləcək beynəlxalq dünya neolit konqresi kimi elmi-praktiki konfrans, eyni zamanda ziyarətçilərin qarşılanması, tanıtım məqsədilə sərgi layihələri, nəqliyyat və infrastruktur xərcləri üçün ümumilikdə 127 milyon lirə vəsait ayrılacağı nəzərə tutulub:

"Layihə çərçivəsində 2019-cu ildə aparılan qazıntıların sayı 20 idi, hazırda ümumi 127 qazıntı aparılır".

Karahantəpəni kəşf edən komandanın rəhbəri, professor Necmi Karul deyib ki, layihə çərçivəsində çoxmillətli komanda eyni bölgədə eyni vaxtda işləyəcək:

"12 min il əvvəl insanların məskunlaşdıqları bu ərazinin tarixi çox genişdir".

Şanlıurfanın bələdiyyə sədri Zeynal Abidin isə deyib ki, Göbəklitəpənin tarixi Misir piramidaları ilə müqayisə olunacaq və onunla rəqabətə girə biləcək bir səviyyədədir.

Daha sonra tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR