Oklahoma ştatının qubernatoru: “Bu səfər ABŞ-Azərbaycan əməkdaşlığının inkişafına töhfə verəcək” - VİDEO - YENİLƏNİB

Con Kevin Stitt

© APA | Con Kevin Stitt

# 27 iyul 2021 17:39 (UTC +04:00)

"Səfərimdən məmnunam, əminəm ki, bu səfər ABŞ və Azərbaycan arasında əməkdaşlığın inkişafına və genişlənməsinə töhfə verəcək".

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stitt jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan və Oklahamo ştatı arasında oxşarlıqlar çoxdur. Bizim ştatımız da neft və qaz ixracı ilə məşğuldur. Biz hazırda enerjimizin 40 faizini külək enerjisindən əldə edir, günəş enerjisindən istifadə imkanları üzərində işləyirik və Azərbaycanın bu sahədə çalışdığını, ölkənizin alternativ enerji mənbələrinə maraq göstərdiyini görürük. Həmçinin Azərbaycandan yeni xətlər çəkilib ki, bu xətlər vasitəsilə Azərbaycan qazı Avropaya çıxış əldə edib. Burada təbii ki, ABŞ-ın da dəstəyi olub", - ştatın qubernatoru deyib.

O bildirib ki, Bakıdan əlavə Azərbaycanın digər regionlarına da səfər etməyi planlaşdırır: "Bakıdan kənara səfər edəcəyəm, Gəncəyə də səfərim olacaq. Sizin insanlarınız qonaqpərvər, yeməkləriniz dadlıdır."

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunan qubernator yüksək təəssüratları olduğunu deyib. "Biz enerji, şaxələnmə, yeni aeroportlar, dəmiryolları, yeni konstruksiya layihələri barədə müzakirələr apardıq. Görüşümüz səmimi idi. Mən həmçinin təhsil naziri Emin Əmrullayevlə görüşdüm. Azərbaycan Dövlət Aqrar Universiteti ilə və Oklahoma Universiteti arasında anlaşma memorandumu imzalandı. Oklahoma Universiteti azərbaycanlı tələbələrin ödəniş haqqının 57 faizini ödəməyə hazırdır. Mənimlə birgə gələn heyətdə həmin universitetin professoru da var. Səfərimizin məqsədlərindən biri də kənd təsərrüfatı sahəsində çalışan şirkətlərimizi Azərbaycana cəlb etməkdir", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR