Ombudsman Aparatı Bolqarıstanın Ayrı-seçkilik əleyhinə Müdafiə Komissiyası ilə memorandum imzalayıb

Ana Cumaliyeva

© APA | Ana Cumaliyeva

# 25 oktyabr 2021 09:44 (UTC +04:00)

"Səbinə Əliyevanın dəvəti ilə Azərbaycana səfərə gəlmişik".

APA-nın məlumatına görə, bunu Bolqarıstanın Ayrı-seçkilik əleyhinə Müdafiə Komissiyasının sədri Ana Cumaliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfər çərçivəsində iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb: "Bu səfər həmçinin gələcək əməkdaşlığımızın göstəricisi olacaq. Dəvətə görə təşəkkür edirəm. İnsan hüquqlarının səmərəli müdafiəsi sahəsində gələcək əməkdaşlığa ümid edirik".

Qeyd edək ki, 24-27 oktyabr tarixlərində Azərbaycanda olan nümayəndə heyəti Ağdam və Tərtərə səfər edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR