Ombudsman: “UNICEF-ə faktaraşdırıcı missiya həyata keçirmək təklif olunub”

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 25 noyabr 2021 15:41 (UTC +04:00)

“Uşaqların hüquq və maraqlarının qorunması istiqamətində göstərilən səylərə baxmayaraq, müasir dünya reallığında bu o qədər də təmin olunmur. Hazırda uşaqlar müəyyən təhlükələrlə qarşılaşırlar. Müharibə zamanı isə obyektə çevrilirlər”.

APA-nın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva “Karabakh Memorial” internet resursunun təqdimat mərasimində deyib.

Ombudsman bildirib ki, Ermənistan beynəlxalq hüququn bir çox normalarını kobud şəkildə pozub: “Lakin Ermənistana qarşı beynəlxalq miqyasda heç bir tədbir görülməyib: “Uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli, bundan əziyyət çəkməməlidir. UNİCEF-in hesabatlarında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən münaqişə nəticəsində qətlə yetirilən azərbaycanlı uşaqların sayı, harada qətlə yetirilməsi ilə bağlı faktlar göstərilməyib. Bununla bağlı tərəfimizdən UNİCEF-ə etiraz edilib və Ermənistanın təcavüzünün nəticələri ilə bağlı faktaradırıcı missiyanın keçirilməsi təklif olunub”.

S. Əliyeva qeyd edib ki, bu gün bu, bütün dünyanın problemidir və dünya dövlətləri Azərbaycanda yaşayan uşaqların hüquqlarının pozulmasına etiraz etməlidir: “Burada söhbət təkcə azərbaycanlı uşaqlardan getmir. Müharibə nəticəsində uşaqların hüquqlarının, xüsusilə yaşama hüquqlarının pozulması ilə əlaqədar beynəlxalq ictimaiyyətə bu faktları çatdırmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR