Özbəkistanlı jurnalist: “Ermənilərin məscidlərdə heyvan saxlaması qeyri-insani hərəkətdir”

Murad Abdullayev

© APA | Murad Abdullayev

# 02 sentyabr 2021 17:12 (UTC +04:00)

"Biz əvvəlcə Bakıda, İçərişəhərdə olduq. Bakı çox xoşumuza gəldi. Amma Qarabağa gələndə gördüklərimiz tam əksi oldu".

APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Özbəkistan dövlət televiziyasının əməkdaşı Murad Abdullayev Ağdamda verdiyi açıqlamasında deyib.

M. Abdullayev əvvəlcə Füzuli, Cəbrayil, Şuşaya səfər etdiklərini deyib: “İndidə Ağdama gəlmişik. Gördüklərimiz əhvalımızı çox korladı. Bizə ən çox qəbiristanlıqların, məscidlərin tarixi abidələrin dağıdılması təsir etdi. Buna görə özümüzü çox pis hiss edirik. Ermənilərin məscidlərdə heyvan saxladıqlarını gördük. Bu qeyri-insani hərəkətdir. Normal insanlar bunu etməzdi, amma ermənilər edib”.

O, işğaldan azad olunmuş ərazilərin tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR