Pakistan səfiri: “Azərbaycanın azad olunmuş ərazilərində dağıntıları görmək çox ağırdır”

Bilal Hayee

© APA | Bilal Hayee

# 21 sentyabr 2021 10:20 (UTC +04:00)

“Hamımızın bildiyi kimi iqlim dəyişikliyinə, qlobal istiləşməyə görə bütün ölkələr kütləvi problemlərlə üzləşir. Buraya meşələrin qırılması, sel və daşqınlar, quraqlıq və s. aiddir ki, bu fəlakətlər də insanların həyatına təsir edir”.

APA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.

Diplomat eyni zamanda bəzi ölkələrin, insanların atdığı addımlarla bu problemlərə töhfə verdiyini də bildirib: “Beynəlxalq ictimaiyyət bu cür hallara daha çox diqqət ayırmalı, gələcəkdə təbiətə qarşı törədilən dağıntıların qarşısını almağa çalışmalıdır.

Mənim Azərbaycanın azad olunmuş ərazilərinin bir qisminə səfər etmək imkanım olub. Mən öz gözlərimlə genişmiqyaslı dağıntıları görmüşəm. Həqiqətən bu dağıntıları görmək çox ağırdır, yaşayış yerləri məhv edilib, tamamilə dağıdılıb. Beləliklə, bu halların təkrarlanmaması, gələcəkdə təbiətə, istənilən ölkənin ətraf mühitinə, ekologiyasına qarşı bu cür zərərlərin verilməməsi üçün addımlar atılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR