Paşinyan: "Azərbaycan və Ermənistan demarkasiya və delimitasiya üzrə komissiya yarada bilər"

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 23 noyabr 2021 22:25 (UTC +04:00)

Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası üzrə komissiya yaratmaq haqqında sənəd imzalana bilər.

APA-nın TASS agentliyinə istinadla xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Suallardan belə başa düşdüm ki, sərhədlərin demarkasiya və delimitasiyasının nəticələrinə dair sənədin imzalanması təəssüratı yaranıb. Əsla belə deyil. Ermənistan və Azərbaycanın imzalaya biləcəyi potensial sənəd sərhədlərin demarkasiya və delimitasiyası üzrə komissiya yaratmaq haqqında ola bilər”, - deyə Baş nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR