Peter Maurer: “BQXK Ermənistanla Azərbaycan arasında saxlanılanların mübadiləsini davam etdirəcək”

Peter Maurer

© APA | Peter Maurer

# 30 iyun 2021 10:53 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda müharibədən sonra Ermənistanla Azərbaycan arasında hərbi əsirlərin mübadiləsini davam etdirəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə BQXK-nin Prezidenti Peter Maurer “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Bəli, Qızıl Xaçın saxlanılanların yanına getmək üçün birbaşa buraxılışı var. Təcrübəmizi bölüşə bilərik, nəsə məsləhət verə bilərik, lakin müvafiq hökumətlər statusları özləri təyin etməli və yekun qiyməti verməlidirlər. Hər iki tərəflə əlaqə saxlayırıq. Ümid edirəm ki, gələcəkdə Ermənistanda və Azərbaycanda olan bütün saxlanılan şəxslər üçün problemin həll yolunu tapmaq mümkün olacaq”, - deyə P. Maurer vurğulayıb.

BQXK prezidenti qeyd edib ki, təşkilatın nümayəndələri saxlanılan şəxsləri ziyarət ediblər, lakin təşkilat onların saxlanılma şəraitinə ictimai qiymət vermir: “Bildiyiniz kimi, bu, BQXK üçün gizli prosesdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR