Peter Mixalko: “Azərbaycanla əməkdaşlığımızı gücləndirmək üçün mən də intensiv fəaliyyət göstərəcəyəm” 

Peter Mixalko

© APA | Peter Mixalko

# 21 oktyabr 2021 16:36 (UTC +04:00)

“Həyata keçirilən layihələr Azərbaycan və Aİ arasında münasibətlərin əsasının möhkəm və əməkdaşlığımızın yaxşı səviyyədə olduğunu göstərir”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə açıqlamasında deyib.

“Gələcək əməkdaşlıq üçün bizim əla prespektivlərimiz var, bu əməkdaşlığı dərinləşdirmək və yaxşı nəticələrə nail olmaq üçün imkanlar genişdir. Bu il Aİ-dən Azərbaycana baş tutan yüksək səviyyəli səfərlər göstərir ki, Aİ və Azərbaycan arasında əlaqələr yüksələn xəttlə inkişaf edir. Biz böyük miqyasda nəticələr əldə etmişik”, - səfir deyib.

Şərq Tərəfdaşlığının prioritetlərinə toxunan Peter Mixalko qeyd edib ki, bu, həm də Aİ-nin prioriteti olan yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və sair daha güclü iqtisadiyyat üçün vacibdir: “Gələcəkdə də biz Azərbaycanla güclü və dayanıqlı tərəfdaşlığımıza davam edəcəyik. Azərbaycanla əməkdaşlığımızı gücləndirmək üçün mən də intensiv fəaliyyət göstərəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR