Petr Mixalko: "Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır"

Petr Mixalko: "Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır"
# 06 oktyabr 2021 14:51 (UTC +04:00)

“Son səfərlərdə, o cümlədən prezident Mişelin səfərində vurğulandığı kimi, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

O bildirib ki, Aİ iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırdır: “Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması bizim əsas prioritetimiz olacaq. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR