Prezident: ““Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 13 iyul 2021 16:00 (UTC +04:00)

“Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər hərəkatın əhəmiyyətini daha da artırıb, bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur: “Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi. 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının 18-ci zirvə toplantısını uğurla təşkil etdi və biz sədrliyi üzərimizə götürdük. Zirvə toplantısındakı çıxışımda vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR