Prezidenti İlham Əliyev: "Üçtərəfli Bəyanatın qəbul edilməsindən keçən bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik"

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 26 noyabr 2021 23:08 (UTC +04:00)

İki ölkə arasında müharibəyə son qoymuş məlum Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və biz bu ili bütövlükdə müsbət səciyyələndirə bilərik.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Soçidə keçirilmiş üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirib.

Bu il ərzində çox mühüm hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Biz bu formatda artıq ikinci dəfə görüşürük – ilin əvvəlində və ilin sonunda. Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı məsələlər barədə Vladimir Vladimiroviçin dediklərini təkrar etmək istəmirəm. Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR