Prezidentin köməkçisi: “Qarabağda apardığımız işlərlə dünyaya yenə də sülh nümayiş etdiririk”

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 02 dekabr 2021 12:38 (UTC +04:00)

“Azərbaycan 30 ilə yaxın sülh üçün mübarizə aparıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

Prezidentin köməkçisi bildirib ki, hazırda sülhə bağlı çoxlu şüar səsləndirilir: “Azərbaycan istəyirdi ki, ədalətli sülh olsun. Azərbaycan mədəniyyəti və cəmiyyəti 30 il ərazində ədalətsizliklə üzləşmişdi”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan artıq Şuşanın, Qarabağın yenidən qurulmasına başlayıb: “Şuşanın yenidən qurulması üçün işlər görürük. Biz Qarabağda apardığımız işlərlə dünyaya yenə də sülh nümayiş etdiririk. Müharibə olduqda, sülhün olmaması fonunda mədəniyyəti çox düşünmək olmur, çünki qaçqınlar, yoxsulluq fonunda mədəniyyət sonda qalır. Amma indi mədəniyyətsiz sülh olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR