Putin: “Əsas məsələ Azərbaycanla Ermənistan arasında münasibətlər qurmaqdır”

Putin: “Əsas məsələ Azərbaycanla Ermənistan arasında münasibətlər qurmaqdır”
# 22 oktyabr 2021 00:06 (UTC +04:00)

“Əsas məsələ Azərbaycanla Ermənistan arasında münasibətlər qurmaqdır. Ümid edirəm ki, biz buna nail olacağıq”

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında bildirib.

“Biz çoxtərəfli formatın da tapılmasının tərəfdarıyıq. O cümlədən, Minsk Qrupunun işini aktivləşdirməyin tərəfdarıyıq. Biz bunun üzərində, o cümlədən tərəfdaşlarımızla işləyirik. Başlıcası, əsas məqsədə çatmaqdır - təhlükəsizlik vəziyyətinin yaradılması və gələcəkdə münasibətlərin müsbət şəkildə qurulması. İndiyə qədər qarşımıza məqsəd olaraq qoyduğumuza ümumilikdə nail ola bilmişik. Əlbəttə ki, gələcəyə baxmaq lazımdır, bundan sonra nə olacağına baxmaq lazımdır. Məsələ onda deyil ki, bizim Bəyanatların müvafiq bəndində Rusiya kontingentinin qalma müddətinin uzadılmasının mümkünlüyü nəzərdə tutulur. Bəyəm məsələ bundadır? Məsələ iki ölkə arasında münasibətlərin qurulmasındadır. Budur ən əsas məsələ...Ümid edirəm ki, biz buna nail olacağıq”, seyə Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR