Putin MDB ölkələri xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirəcək

Vladimir Putin

© APA | Vladimir Putin

# 12 oktyabr 2021 16:25 (UTC +04:00)

MDB ölkələri təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada XVII iclası keçiriləcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 13-də Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans formatında görüşəcək.

Görüşdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR