Putin: “Nə Ermənistan, nə də Azərbaycan Qarabağda böhranın inkişafında maraqlıdır”

Putin: “Nə Ermənistan, nə də Azərbaycan Qarabağda böhranın inkişafında maraqlıdır”

© APA | Vladimir Putin

# 30 iyun 2021 16:14 (UTC +04:00)

“Heç kim Qarabağda böhranının inkişaf etməsində maraqlı deyil”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti “Birbaşa xətt” verilişində Rusiya vətəndaşlarının suallarını cavablandırarkən deyib.

V. Putin heç kimin - nə Ermənistanın, nə də Azərbaycanın Qarabağda böhranın inkişafında maraqlı olduğunu bildirib: “Rusiya ciddi böhranın nizamlanmasında müəyyən rol oynayıb. Heç kəs bu böhranın inkişaf etməsində maraqlı deyil. Nə Azərbaycan, nə də Ermənistan, nə də ki, Dağlıq Qarabağın sakinləri... Məsələnin digər tərəfi budur ki, əgər hamımız dinc və mehriban şəkildə yaşasaq, insanların həyatını yaxşılaşdırmaq üçün hər cür şərait yaradacağıq. Üstəlik, yalnız təhlükəsizlik sahəsində deyil, həm də mövcud şəraitdə. Sözsüz ki, Qarabağda yaşayan insanların normal yaşayışı, iqtisadi və sosial inkişafına yüksək səviyyədə ehtiyacı var. Hər zaman silahlı münaqişənin başlanacağı həyəcanı ilə yaşamaq mümkün deyil. Biz bunu gözəl başa düşürük".

V. Putin deyib ki, bunu Ermənistan və Azərbaycanın rəhbərləri də başa düşür: “Bəli, problemlər həqiqətən çox yığılıb. Normal infrastrukturun qurulması problemi mövcuddur. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən olunması məsələsi var, harada ki, heç vaxt dövlət sərhədi olmayıb. Bu, ancaq iki müttəfiq respublika arasında inzibati sərhəd olub. Biz indi bu işin həyata keçirilməsi prosesindəyik. Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Regionda normal münasibətlərin bərpa olunması üçün hər şeyi edirik. Bu işdən faydalananlar sözsüz ki, Dağlıq Qarabağın sakinləri olmalıdır. İstərdim, düşünüm ki, onilliklər ərzində yığılıb qalan bütün çətinliklərə baxmayaraq, belə də olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR