Putin: “Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aktiv fəaliyyətini davam etdirir” - VİDEO

Putin, Ərdoğan

© APA | Putin, Ərdoğan

# 29 sentyabr 2021 14:53 (UTC +04:00)

“Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aktiv fəaliyyətini davam etdirir”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşündə bildirib.

Rusiya lideri bildirib ki, bu əməkdaşlıq sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR