Putin və Paşinyan Moskvada üçtərəfli bəyanatların icrasını müzakirə edəcək

Paşinyan, Putin

© APA | Paşinyan, Putin

# 11 oktyabr 2021 13:21 (UTC +04:00)

Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlarda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 Noyabr 2020-ci il tarixli və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin, eləcə də regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır.

“Bundan əlavə, Avrasiya məkanında ikitərəfli əlaqələrin və inteqrasiya birliklərində qarşılıqlı əlaqələrin inkişafının aktual məsələləri müzakirə olunacaq”, - Kremlin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR