“Qarabağ zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” adlı konfrans keçirilib - FOTO

“Qarabağ zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” adlı konfrans keçirilib - FOTO
# 01 noyabr 2021 11:56 (UTC +04:00)

Bakıda “Qarabağ zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” adlı konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə baş tutub.

BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, müharibədən sonra regionda vəziyyəti müzakirə etmək, dövlət üçün tövsiyələr hazırlamaq vacibdir. O əlavə edib ki, konfransın keçirilməsində məqsəd hazırkı regional vəziyyəti təhlil etmək və gələcəyə baxmaqdır.

BSU-nun icraçı rektoru Anar Nağıyev qeyd edib ki, bu cür birgə tədbirlərin gələcəkdə də keçirilməsi labüddür.

Konfrans çərçivəsində Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən birinci paneldə müharibə sonrası regionda geosiyasi vəziyyət müzakirə olunub. BMTM-nin şöbə müdiri Cavid Vəliyev deyib ki, Azərbaycan öz hərbi zəfərini diplomatik addımlarla daha da gücləndirib. Məruzəçi Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən "3+3" formatına toxunaraq vurğulayıb ki, bu, Cənubi Qafqazda regional gündəliyin formalaşdırılması üçün vacib idi.

Şöbə müdiri onu da qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya və ABŞ münaqişə bitdikdən sonra yaranan vəziyyətdən məmnun deyildi: “Üçüncü dövlətlər regiondakı əməkdaşlıq imkanlarından narahat idilər və vəziyyətə necə reaksiya verəcəklərini bilmirdilər. İran, Gürcüstan və Ermənistan öz strateji dəyərlərini itirəcəklərindən narahat idilər”.

C. Vəliyev bildirib ki, regionda Türkiyə və Azərbaycanın diplomatik üstünlüyünü aydındır.

Daha sonra paneldə çıxış edən digər məruzəçilər regiondakı vəziyyət, həm region ölkələrinin, həm də beynəlxalq aktorların yeni reallıqlara münasibəti, bu münasibətin arxasında dayanan məqsədlər və s. barədə fikirlərini bölüşüblər.

Konfrans çərçivəsində “Regional əməkdaşlığın perspektivləri” adlı ikinci panel də keçirilib.

Konfrans sual-cavab sessiyası ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR