Qarabağda qanunsuz fəaliyyət göstərmiş şirkətlərə qarşı iddialar qaldırılacaq

Qarabağda qanunsuz fəaliyyət göstərmiş şirkətlərə qarşı iddialar qaldırılacaq
# 08 dekabr 2021 11:49 (UTC +04:00)

“İşğal dövründə həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər olub”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, işğal vaxtı konkret şirkətlərin qanunsuz işləri ilə bağlı araşdırmalar aparılır: “Bu şikayətlər həmin şirkətlərin aktivlərinə qarşı olacaq. Konkret halda belə şirkətlər müəyyən ediləcək. Şirkətlərin yurisdiksiyası konkretləşdirilərək addımlar atılacaq. Çünki bu qərarlar kağız üzərində qalmamalıdır. Buna görə də həmin şirkətlərin müəyyən edilməsi üçün konkret işlər aparılır”.

E. Məmmədov xüsusilə vurğulayıb ki, burada dövlətlərarası şikayətdən söhbət getmir, Qarabağda qanunsuz fəaliyyət göstərmiş şirkətlərə qarşı ayrı-ayrılıqda konkret iddialar qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR