QHT-lərə Dövlət Dəstəyi Agentliyi erməni terroru ilə bağlı 13 hesabat hazırlayıb

Azay Quliyev

© APA | Azay Quliyev

# 02 noyabr 2021 12:17 (UTC +04:00)

“Vətən Müharibəsi başlayandan bu günə qədər Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 50-dən çox bəyanat və müraciət hazırlanaraq bütün beynəlxalq təşkilatlara və dövlət rəhbərlərinə göndərilib”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev deyib.

Onun sözlərinə görə, erməni terroru ilə bağlı bəyanat və müraciətlərdən başqa QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən 13 hesabat hazırlanıb: “Sözügedən sənədlərdə Gəncəyə, Tərtərə və Bərdəyə edilən hücumlarla bağlı məlumatlar hərtərəfli olaraq öz əksini tapıb. Həmçinin Tərtərə qarşı olan hücumlarda istifadə olunan ballistik raketlərlə bağlı da məlumat hazırlanaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Təəssüflər olsun ki, bununla bağlı onlardan cavab gəlməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR