Qırğızıstan Azərbaycanı peyvənd pasportlarının tanınması prosesini sürətləndirməyə çağırıb

Ruslan Kazakbayev və Ceyhun Bayramov

© APA | Ruslan Kazakbayev və Ceyhun Bayramov

# 27 sentyabr 2021 15:35 (UTC +04:00)

Qırğızıstan Azərbaycandan iki ölkə vətəndaşlarının ölkələrarası səyahətini stimullaşdırmaq üçün Qırğızıstan Respublikasının peyvənd pasportlarının tanıması prosesini sürətləndirməyə çağırıb.

"APA-Economics" Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu məsələyə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı baxılıb.

Görüşdə çoxtərəfli təşkilatlar çərçivəsində qarşılıqlı əlaqə və dəstək məsələsi ayrıca nəzərdən keçirilib və qarşıdakı yüksək səviyyədə təmasların cədvəlini müzakirə olunub.

Həmçinin, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə 2022-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri, Qırğızıstan tərəfinin regionlararası dialoq təşəbbüsü müzakirə edilib.

Bundan əlavə, Azərbaycan və Qırğızıstan ikitərəfli münasibətləri daha da gücləndirmək üçün qarşılıqlı mövqelərini bir daha təsdiqləyib. Bu kontekstdə nazirliklərarası siyasi məsləhətləşmələrin, iqtisadi və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarının təşkili məsələlərinə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR