Qırğızıstanın Azərbaycana yeni səfiri təyin olunub

Qırğızıstanın Azərbaycana yeni səfiri təyin olunub
# 25 iyun 2021 03:57 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı ilə Kayrat Osmanaliyev bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

APA Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstanda Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın üzvü olub.

Bundan başqa o, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR